"Özümü zədələnmiş "əşya" kimi hiss edirəm"
Hollivud ulduzu Arnold Şvartseneqqer bədənini qorxunc adlandırıb.
meqale.com axşam.az-a istinadən bildirir ki, bu barədə 76 yaşlı aktyor müsahibələrinin birində danışıb.
O, hazırda özünü zədələnmiş "əşya" kimi hiss etdiyini bildirib:
"Güzgü qarşısında bütün yaşlanma əlamətlərini görürəm. Əvvəllər sərt, sıx və həqiqətən güclü olan döş əzələlərimə baxıram. İndi onlar sadəcə sallanırlar".