Özünü körpüdən Kürə atdı, peşman olub sahilə çıxdı
İntihar məqsədilə özünü Kürə atan şəxs üzərək sahilə çıxıb.
meqale.com Report-a istinadən xəbər verir ki, hadisə Şirvan şəhərində baş verib.
Belə ki, Namiq Nəsrullayev işsiz olmasına görə Şirvan şəhəri, 1 May küçəsində yerləşən Kür körpüsündən özünü çaya ataraq intihara cəhd edib.
O, etdiyi əməldən peşman olaraq təxminən 80 metr məsafəni üzərək çayın sahilinə çıxıb.