Pakistan Baş naziri Ceyhun Bayramovu qəbul edib
Pakistan Baş naziri Şahbaz Şərif Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Azərbaycan XİN rəhbərinin "X" hesabında qeyd olunub.
Bildirilib ki, görüşdə Pakistan və Azərbaycan arasında ticarət, enerji, bərpa olunan enerji, İT, kənd təsərrüfatı sahələrində əməkdaşlıq, işlərin hazırkı vəziyyəti və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. meqale.com Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun