Pakistanda məscid yaxınlığında terror - Xeyli ölü var

Pakistanda partlayış olub, ölənlər və yaralananlar var.

Pakistanda məscid yaxınlığında terror - Xeyli ölü var
Pakistanda partlayış olub, ölənlər və yaralananlar var.

meqale.com APA-ya istinadən bildirir ki, Pakistanın Bəlucistan əyalətinin Mastunq şəhərindəki məscidlərdən birinin yaxınlığında baş verən partlayış nəticəsində azı 52 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

Nəşrin məlumatına görə, partlayış kamikadze tərəfindən törədilib.

Qeyd olunub ki, hadisə insanların kütləvi yürüşü zamanı baş verib. Partlayış nəticəsində xəsarət alanlar tibb müəssisələrinə çatdırılıb, onlardan bəzilərinin vəziyyəti ağırdır.