Pakistanda yağış faciəyə səbəb oldu - onlarla ölü var
Pakistanda leysan yağışlarının yaratdığı torpaq sürüşmələri nəticəsində azı 27 nəfər ölüb.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə Hayber-Paxtunxva əyalətinin fəlakətlərin idarə edilməsi şöbəsi feysbuk səhifəsində məlumat yayıb.
"Son dörd gün ərzində əyalətdə yağan yağışların yaratdığı torpaq sürüşmələri nəticəsində 27 nəfər ölüb, 38 nəfər yaralanıb", - məlumatda deyilir.
Qeyd olunub ki, təbii fəlakət nəticəsində 33 ev dağılıb, daha 129 evə ziyan dəyib.