Pakistanın təhlükəsizlik qüvvələrinin 7 əməkdaşı partlayış nəticəsində ölüb

Pakistanın təhlükəsizlik qüvvələrinin yeddi əməkdaşı əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində həlak olub.

Pakistanın təhlükəsizlik qüvvələrinin 7 əməkdaşı partlayış nəticəsində ölüb
Pakistanın təhlükəsizlik qüvvələrinin yeddi əməkdaşı əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində həlak olub.

meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik qüvvələrinin mətbuat xidməti "X"də məlumat yayıb.

Məlumata görə, partlayış Xayber-Paxtunxva əyalətində baş verib. Hərbi qulluqçular nəqliyyat vasitəsində olublar.

Hazırda bu ərazidə yaraqlılar zərərsiləşdirilir.