Pakistanın yeni XİN rəhbəri bəlli oldu
Pakistanın ABŞ-dakı keçmiş səfiri Cəlil Abbas Cilani ölkənin müvəqqəti xarici işlər naziri təyin edilib.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Pakistan mediası məlumat yayıb.
Nəşrin məlumatına görə, Pakistan Dövlət Bankının keçmiş rəhbəri Şəmşad Axtar müvəqqəti maliyyə və gəlirlər naziri təyin olunub.