Papa Ukrayna sülh sammitinə dəvət edildi
İsveçrə Prezidenti Viola Amherd Roma Papası Fransiski bu ilin iyununda İsveçrənin Bürgenstok şəhərində keçiriləcək Ukrayna sülh formulu ilə bağlı sammitə dəvət edib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə İsveçrənin "Blick" agentliyi məlumat yayıb.
Amherd Papa ilə görüşüb, onunla Rusiyanın Ukraynaya qarşı müharibəsi və dünyanın digər "problemli əraziləri" barədə danışıb.