Paris-2024: Sabahın bürünc görüşündə rəqibi dəqiqləşdi - VİDEO - FOTO

13:48 Paris-2024 Yay Olimpiya Oyunlarının güləş yarışları davam edir.

Paris-2024: Sabahın bürünc görüşündə rəqibi dəqiqləşdi - VİDEO - FOTO
13:48 Paris-2024 Yay Olimpiya Oyunlarının güləş yarışları davam edir.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bu gün ilk üç medal dəsti sahibini tapacaq.

Azərbaycan idmançısı Sabah Şəriəti də mükafat uğrunda mübarizə aparacaq. Olimpiadanın təsəlliverici görüşləri Bakı vaxtı ilə 13:00-da, medal qarşılaşmaları 21:30-da başlayacaq.

Yunan-Roma güləşi 130 kq Rio-2016-nın bürünc mükafatçısı Sabah Şəriəti 8 ildən sonra uğurunu təkrarlamaq üçün xalçaya çıxacaq. 3-cü yer uğrunda qarşılaşmada qüvvəsini sınayacaq "klassik"imizin rəqibi Amin Mirzəzadə (İran) olacaq.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmamız Paris-2024-ə beş idmançı ilə yollanıb.

--------- Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, 130 kq çəki dərəcəsində çıxış edən idmançımız Kubalı Mixain Lopes Nunyeslə qarşılaşıb.

Mixail Lopes 4:1 hesabı ilə Sabah Səriətini məğlub edib. Güləşçimiz avqustun 6-da bürünc medal uğrunda güləşəcək.