Paris-2024: Tatamidə son şans

Bu gün Paris-2024-ün cüdo yarışlarında fərdi mübarizəyə yekun vurulacaq.

Paris-2024: Tatamidə son şans
Bu gün Paris-2024-ün cüdo yarışlarında fərdi mübarizəyə yekun vurulacaq.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, qarışıq komanda yarışı öncəsi son iki çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Azərbaycan yığmasının Fransa paytaxtındakı sonuncu cüdoçusu da tatamiyə çıxacaq. Üçüncü Olimpiadasına yollanan Uşanqi Kokauri medallar uğrunda mübarizə aparacaq. Cüdo yarışları Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Kişilər +100 kq Uşanqi Kokauri Paris-2024-ə 1/16 finaldan start verəcək. Onun ilk rəqibi Rafael Silva (Braziliya) olacaq.