Parisdə naməlum şəxs İran konsulluğunu partladacağı ilə hədələyib
Parisdə kamikadze kəməri geyinmiş naməlum kişi İran konsulluğuna daxil olaraq binanı partladacağı ilə hədələyib.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə xarici KİV polisdəki mənbələrə istinadən məlumat yayıb.
"Hazırda kişi Parisin 16-cı rayonunda yerləşən İran konsulluğunun binasında gizlənib. Partladıcı quraşdırılmış kəmər geyinən kişi onu işə salacağı ilə hədələyib", - məlumatda deyilir.
Qeyd olunub ki, polis təhlükəsizlik tədbiri olaraq ərazini mühasirəyə alıb.