Paşinyan Azərbaycanla bağlı bu məsələni gizlədir

Paşinyan antirusiya siyasətinin Qərblə münasibətlərdə kömək etmədiyini anlayıb.

Paşinyan Azərbaycanla bağlı bu məsələni gizlədir
Paşinyan antirusiya siyasətinin Qərblə münasibətlərdə kömək etmədiyini anlayıb.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə erməni politoloq Suren Surenyants bildirib.

Onun sözlərinə görə, bu, hazırkı hakimiyyətin siyasətinin iflasa uğradığını, elan etdikləri "qırmızı xətlərin" çoxdan yaşıl rəngə boyandığını deməyə əsas verir.

Baş nazir Nikol Paşinyanın parlamentdəki çıxışını şərh edən ekspert qeyd edib ki, bu, əvvəldən axıra kimi Ermənistan hakimiyyətinin siyasətinin uğursuzluğunun dolayı etirafına bənzəyir:

"Əsl" və "tarixi" Ermənistan haqqında əfsanələr danışmaq əvəzinə, bu suala cavab vermək daha yaxşıdır: məndə etibarlı məlumat var ki, erməni tərəfi təklif mübadiləsi prosesində daim Ermənistan SSR-in sərhədlərinin bərpasında israrlıdır. Lakin Bakıdan cavab gəlir ki, Azərbaycanla Ermənistan arasında "yeni sərhədlər" təsdiq edilməlidir. İndi desin ki, onun siyasəti niyə bu nəticəyə gətirib çıxarıb".

Paşinyan daim sovet dövründən qalan sərhədlərin bərpasından danışır, lakin ikinci hissəni - Azərbaycanın Ermənistanla "yeni sərhədlər"in yaradılmasında israrlı olduğunu gizlədir.

Ekspert Paşinyanın parlamentdə hökumət saatı zamanı çıxışının şübhəli, qəribə, məntiqsiz və təhlükəli olduğunu bildirib: