Paşinyan: "Bütün ermənilərin katolikosu vəzifəsini tərk etməlidir"

Ermənistanın baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin vəzifəsini tərk etməyini istəyib.

Paşinyan:
Ermənistanın baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin vəzifəsini tərk etməyini istəyib.

meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə Paşinyan biraylıq fasilədən sonra bildirib.

"Erməni Apostol Kilsəsi ilə bağlı mövqeyim dəyişməyib və heç bir halda dəyişə bilməz. Ktriç Nersisyan (II Qareginin dünyəvi adı) vəzifəsini tərk etməlidir", - deyə nazir vurğulayıb.

O bu məqsədə çatmaq üçün hərəkata rəhbərlik edəcəyini vurğulayıb.