Paşinyan: Ermənistana yeni konstitusiya lazımdır
Ermənistan baş naziri Nikol Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
meqale.com report-a istinadən xəbər verir ki, o, bu barədə Konstitusiyanın qəbul edilməsinin 30 illiyi münasibətilə keçirilən təntənəli tədbirdə bildirib.
"Ermənistan xalq səsverməsi ilə təsdiqlənmiş yeni konstitusiyaya ehtiyac duyur. Xalqın doğma hesab edəcəyi konstitusiyaya ehtiyac var", - o, bildirib.