Paşinyan Hovanesyanı vəzifəsindən azad etdi
Sarqis Hovanesyan Errmənistanın Dövlət Mühafizə Xidmətinin rəisi vəzifəsindən azad edilib.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Baş nazir Nikol Paşinyan sərəncam imzalayıb.
Digər qərarla bu vəzifənin icrası Dövlət Mühafizə Xidmətinin rəis müavini Artur Qasparyana həvalə edilib.