Paşinyan mesaj verdi: Payızda sürpriz olacaq
Nikol Paşinyan Milli Assambleyanın hakim "Mülki müqavilə" fraksiyasının üzvlərini əmin edib ki, ölkədə parlament seçkiləri 2026-cı ildən tez keçirilməyəcək.
meqale.com Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə fraksiyadan adı açıqlanmayan mənbə "Hraparak"a bildirib.
Məlumata görə, baş nazir seçkilərin bu il heç bir halda tez baş tutmayacağını, bu səbəbdən erkən təşviqat kampaniyasına başlamağın mənasız olduğunu deyib.