Paşinyan MTX rəhbərini vəzifədən azad etdi
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Abazyan vəzifəsindən azad olunub.
meqale.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan imzaladığı sərəncamda bildirilib.
Sənəddə qeyd olunur ki, qərar "Dövlət qulluğu haqqında" qanunun 9-cu maddəsinin 5-ci bəndinə və "Milli təhlükəsizlik orqanları haqqında" qanunun 4.1-ci maddəsinin 2-ci hissəsinə əsasən qəbul edilib.
MTX direktorunun səlahiyyətləri müvəqqəti olaraq qurumun direktor müavini Andranik Simonyana həvalə olunub.