Paşinyanın arvadının bu hərəkəti erməniləri qəzəbləndirdi - FOTO
Ermənistan baş nazirinin xanımı Anna Akopyan növbəti dəfə ölkə mətbuatının tənqid hədəfi olub.
meqale.com modern.az-a istinadən bildirir ki, sadə vətəndaşlar Qarabağdan gələn köçkünlərə kömək etməklə məşğul olarkən, Nikol Paşinyanın həyat yoldaşı payız tətili üçün növbəti dəfə xaricə gedib.
Anna Akopyanın xarici ölkədə çəkilən şəkilləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Bildirilib ki, birinci xanım statusu daşıyan Anna Akopyan bu günlərdə ölkədəki ağır humanitar vəziyyətə tamamilə məhəl qoymayıb.
Anna Akopyanın hansı ölkədə olduğu dəqiqləşdirilməyib.