Paytaxt təmsilçisi yeni baş məşqçiyə tapşırıldı
"Şəfa" 2025-ci ilə yeni baş məşqçi ilə start verəcək.
meqale.com xəbər verir ki, II Liqada mübarizə aparan komandanı kimin çalışdıracağı artıq bəllidir.
Bu posta Elgiz Kərəmli gətirilib. Ona Zamir Hüseynov və Şahin Hüseynov köməkçi təyin olunub.
Bu gün klubdaxili toplantı keçirilib və rəhbərliyin ümumi qərarına əsasən, Nadir Əliyev vəzifəsindən uzaqlaşdırılıb.