Pendirin saxta olduğunu göstərən əlamətlər
Son zamanlar bazarda saxta pendirlərin artması insanlar üçün böyük təhlükə yaradır.
Beləliklə, saxta pendiri necə aşkar etmək olar?
meqale.com istinadən xəbər verir ki, bayramın yaxınlaşması ilə süfrələrin vazkeçilməzləri olan pendirə tələbat xeyli artıb.
Xüsusilə ağ pendir səhər yeməyinin olmazsa olmazıdır. Lakin tələbatın bu qədər artması ilə bəzi fürsətçilər keyfiyyəti aşağı salmağa, saxta pendir istehsal etməyə başlayıblar.
Saxta pendirin ən bariz əlaməti pendir suyunun rəngidir. Əsl ağ pendirin suyu sarı olmalıdır, çünki tərkibindəki təbii yağlar bu sarı rəngi yaradır. Pendirin suyu ağdırsa, o pendir çox güman ki, saxtadır.
Əsl pendirdə zamanla kiflənmədən başqa, rəng dəyişməsi, sərtləşmə və ya qəribə qoxu kimi digər əlamətlər yarana bilər.