Penitensiar Xidmət və DİN əməliyyat keçirdi - Axtarışda olan şəxs tutuldu

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.

Penitensiar Xidmətdən verilən məlumata görə, əməliyyat nəticəsində Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz  narkotik dövriyyəsi) maddəsi ilə təqsirləndirilərək barəsində axtarış elan edilmiş Saray qəsəbə sakini Natiq Hüseyin oğlu Zeynalov Bakı İstintaq Təcridxanasının qarşısında saxlanılıb.

O, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.