Pentakampeonlar “qara zolaq”da

Braziliya millisi "qara zolaq"dan çıxa bilmir.

Pentakampeonlar “qara zolaq”da
Braziliya millisi "qara zolaq"dan çıxa bilmir.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, pentakampeonlar son 5 rəsmi xarakterli oyunda qələbə qazanmayıb.

"Sambaçılar" DÇ-2026-nın seçmə mərhələsinin 4 görüşündə uğursuzluqla üzləşib. Venesuela (1:1), Uruqvay (0:2), Kolumbiya (0:2) və Argentina (0:1) ilə görüşlərdə cəmi 1 xal toplayan Braziliya seriyasını Amerika kubokunda davam etdirib. Bu dəfə Kosta-Rika ilə qarşılaşma qələbəsiz bitib - 0:0.

Bu, son 23 ildə Braziliyanın ən uzun "qara zolağı"dır. 2001-ci ildə pentakampeonlar ardıcıl 6 matçda qalib gəlməyib.