“Pərişahın mahnısı” ilə sosial şəbəkənin ulduzuna çevrilən Nuray AzTV-də - VİDEO
Son günlər sosial şəbəkələrdə dahi bəstəkar Fikrət Əmirovun "Böyük dayaq" filmində "Pərişahın mahnısı" kimi tanınan nəğməni ifa edərək məşhurlaşan Nuray Şahsuvarlı AzTV-nin canlı efirinə çıxıb.
meqale.com bizim.media-ya istinadən bildriir ki, qızcığaz "Gün başladı" verilişində canlı ifası ilə qonaqları təəccübləndirib.
10 yaşlı Nuray bildirib ki, o Sumqayıtda Bülbül adına 2 nömrəli Musiqili Məktəb Liseyində təhsil alır:
"Orta məktəbdə altıncı sinifə keçmişəm. Musiqi məktəbdə isə beşinci sinifə keçmişəm".