Peruda 7,2 ballıq zəlzələ oldu
Bu gün Perunun mərkəzi sahillərində 7,2 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, bəzi sahil xətlərində sunami təhlükəsi yaranıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, zəlzələnin episentri təxminən 246 min nəfər əhalisi olan İka şəhərindən 250 kilometr cənub-şərqdə yerləşib.
Zəlzələ ocağı 56 kilometr dərinlikdə olub.