Peskov: Əgər Bakı Moskvanı məhkəməyə versə, Rusiya rəsmi hökmü gözləyəcək
Azərbaycan Aktau yaxınlığında təyyarə qəzası ilə Rusiya Federasiyasına qarşı beynəlxalq məhkəmə instansiyalarında iddia qaldırsa, Moskva rəsmi verdiktləri (hökm) gözləyəcək.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
"İstintaq hərəkətləri aparılır, araşdırma gedir. Əgər Azərbaycan belə bir qərar qəbul edərsə, bu, Azərbaycanın haqqıdır, biz rəsmi verdiktləri gözləyəcəyik", - Peskov deyib.