Peskovdan təyyarə qəzası ilə bağlı açıqlama
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İl-76 hərbi-nəqliyyat təyyarəsinin qəzaya düşməsindən danışıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, o deyib:
"Bu yetərincə yeni, təzə informasiyadır. İndi onunla məşğul olacağıq. Hələlik heç nə deyə bilmərəm".
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə bildirib ki, Duma İl-76 hərbi-nəqliyyat təyyarəsinin qəzaya düşməsi ilə əlaqədar ABŞ və Almaniyaya müraciət hazırlayacaq.