Pezeşkian Cəlili ilə debata çıxır
İran prezidentliyinə namizədlər Məsud Pezeşkian və Səid Cəlili iyulun 5-də keçiriləcək ikinci turdan əvvəl bazar ertəsi və çərşənbə axşamı iki teledebatda iştirak edəcəklər.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə İranın Milli Televiziyası məlumat yayıb.
İlk debat bazar ertəsi saat 21:30-da, ikinci debat çərşənbə axşamı saat 21:30-da olacaq.