Pezeşkianın maşınına benzin yerinə su vurdular, yolda qaldı
İran prezidenti Məsud Pezeşkian qeyri-rəsmi səfər çərçivəsində Təbrizə gedərkən maraqlı insidentlə qarşılaşıb.
meqale.com-ın məlumatına görə, Pezeşkianın xüsusi müfəttişi Mustafa Moləvi deyib ki, prezidentin kortejindəki bütün avtomobillər Qəzvin əyaləti yaxınlığında dayanmalı olub.
Moləvinin sözlərinə görə, kortej Rəşt magistralının çıxışında yerləşən bir yanacaqdoldurma məntəqəsində benzin doldurduqdan sonra hərəkətə davam edib. Takestan şəhəri yaxınlığında hər üç avtomobil nasazlıq səbəbindən dayanıb. Texniki baxış zamanı məlum olub ki, avtomobillərə vurulan benzin su ilə qarışdırılıb.