Pike korrupsiyada şübhəli bilinir

İstintaq Məhkəməsi İspaniya Kral Futbol Federasiyası (RFEF) ilə korrupsiya əməliyyatlarında şübhəli bilinən "Barselona"nın keçmiş müdafiəçisi Jerar Pikenin 89 bank hesabı ilə bağlı məlumatları tələb edib.

meqale.com oxuya istinadən xəbər verir ki, məhkəmə bank hesablarından başqa, keçmiş futbolçunun 27 şirkəti barədə məlumatları da istəyib.

Bildirilib ki, İspaniya Superkubokunun təşkili hüquqlarının Səudiyyə Ərəbistanına verilməsində Pikenin "Kosmos" şirkəti vasitəçilik edib. Bu, hazırda iş üzrə araşdırma aparılan ən mübahisəli müqavilələrdən biridir.

Bununla əlaqədar olaraq, məhkəmə keçmiş futbolçunun hesabları üzrə bütün bank əməliyyatlarını öyrənmək niyyətindədir.