PKK terrorçularına qarşı əməliyyat - 90-a yaxın şəxs saxlanılıb
Türkiyədə PKK/YPG terrorçularına qarşı əməliyyat keçirilib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, əməliyyət Əməliyyatı Milli Kəşfiyyat Təşkilatı (MİT) ilə Polis İdarəsi tərəfindən ölkənin 18 vilayətində aparılıb.
Məlumata əsasən, əməliyyat nəticəsində 90-a yaxın terrorçu saxlanılıb.
Bildirilib ki, əməliyyat terror təşkilatının Suriyadakı kəşfiyyat strukturunu və Türkiyədəki gizli şəbəkəsini qarşıdan gələn yerli seçkilərə qədər məhv etmək məqsədi daşıyır.