Plan yerləri ən çox hansı ixtisas qrupunda dolub? - DİM sədri AÇIQLADI
Plan yerləri ən çox ikinci ixtisas qrupunda dolub (98.29%).
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, burada plan yerlərinin sayı imtahan verən və müsabiqədə iştirak etmək hüququ olan abituriyentlərin sayından çox olsa da, əvvəlcədən də proqnoz edildiyi kimi subbakalavrların şansı var idi və onların hesabına dolma göstəriciləri yüksəkdir.