Platini öz evində qarət edildi

UEFA-nın keçmiş prezidenti Mişel Platini Marsel şəhəri yaxınlığındakı evində qarət edilib.

Platini öz evində qarət edildi
UEFA-nın keçmiş prezidenti Mişel Platini Marsel şəhəri yaxınlığındakı evində qarət edilib.

meqale.com xarici mətbuata istinadən xəbər verir ki, Platini evinin yaxınlığında bir cinayətkarı görüb. Daha sonra 70 yaşlı fransız bildirib ki, naməlum şəxs onun təxminən 20 medal və kubokunu oğurlayıb.

Marsel prokurorluğu ağırlaşdırıcı hallarla müşayiət olunan oğurluq faktı ilə bağlı istintaqa başlayıb.