Polis bu qadının yerini deyənə 1 milyon verəcək

Rusiyanın Kamçatka vilayətinin polisi ötən il yeni doğulmuş uşağını öldürməkdə şübhəli bilinən qadının tutulmasına kömək edənə görə bir milyon rubl mükafat elan edib.

meqale.com  bildirir ki, istintaqın məlumatına görə, 2024-cü il martın 6-da Petropavlovsk-Kamçatskidə bərk məişət tullantıları poliqonunda zibillərin arasından yorğana bükülmüş yeni doğulmuş oğlan uşağı meyiti tapılıb. Əvvəlcədən müəyyən edilib ki, uşaq sağ doğulub.

Ölümün ehtimal olunan səbəbi hipotermiya hesab olunur. Körpənin anasının kimliyi hələ müəyyən edilməyib.

"Rusiya Daxili İşlər Nazirliyinin Kamçatka diyarı üzrə İdarəsi 2024-cü il fevralın 15-dən martın 6-dək uşaq dünyaya gətirmiş qadının yerini müəyyən etməyə kömək edəcək məlumatlara görə bir milyon rubl mükafata zəmanət verir", - İstintaq İdarəsinin bəyanatında deyilir.