Premyer Liqa: Bu gün II turun daha bir oyunu keçiriləcək

Misli Premyer Liqasında bu gün II turun daha bir oyunu keçiriləcək.

Premyer Liqa: Bu gün II turun daha bir oyunu keçiriləcək
Misli Premyer Liqasında bu gün II turun daha bir oyunu keçiriləcək.

meqale.com xəbər verir ki, günün yeganə qarşılaşmasında "Kəpəz" "Karvan-Yevlax"la qarşılaşacaq.

Qəbələ şəhər stadionunda baş tutacaq matçın start fiti saat 19:00-da səslənəcək.

Turun əvvəlki matçlarında "İmişli" "Neftçi" ilə qolsuz bərabərə qalıb. "Sumqayıt" isə səfərdə "Qarabağ"a (1:0) qalib gəlib.

Misli Premyer Liqası

1-ci dövrə, II tur

23 avqust

19:00. "Kəpəz" - "Karvan-Yevlax" Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə. VAR: Kamal Umudlu. AVAR: Eyyub İbrahimov. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: İlham Əliyev. Qəbələ şəhər stadionu

Qeyd edək ki, turun digər qarşılaşmaları avqustun 24 və 25-də keçiriləcək.