Premyer Liqa: Turun son qarşılaşmasında "Zirə" qələbə qazandı
21:24
Misli Premyer Liqasında XXXI tur başa çatıb.
meqale.com xəbər verir ki, sonuncu matçda "Zirə" "Sumqayıt"ı qəbul edib.
Qarşılaşma Bakı klubunun qələbəsi ilə yekunlaşıb - 3:1.
Meydan sahiblərinin heyətində 6-cı dəqiqədə Giorgi Papunaşvili, 45+1-ci dəqiqədə Martins Junior, 89-cu dəqiqədə Salifu Suma fərqləniblər. Qonaqlarda Bobur Abdixolikov 52-ci dəqiqədə adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 61-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. "Gənclik şəhəri" təmsilçisi 29 xalla səkkizinci sıradadır.
Günün ilk matçında "Şamaxı" evdə "Kəpəz"i məğlub edib - 2:1.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Neftçi"ni 3:0, "Sabah" "Səbail"i 3:2 hesabı ilə üstələyib. "Araz-Naxçıvan" - "Turan Tovuz" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.
----------- 19:20 Bu gün Azərbaycan Premyer Liqasında 31-ci tura yekun vurulacaq.
meqale.com xəbər verir ki, son günün ilk oyununda "Şamaxı" "Kəpəz"i qəbul edib.
Üç qolluq bu qarşılaşma meydan sahiblərinin xeyrinə yekunlaşıb.
Turun qapanış matçında isə "Zirə" "Sumqayıt"ı sınağa çəkəcək.
Daha öncə keçirilmiş "Araz-Naxçıvan" - "Turan Tovuz" matçında heç-heçə (1:1) qeydə alınıb, "Sabah" "Səbail"ə (3:2), "Qarabağ" "Neftçi"yə (3:0) qalib gəlib.
Azərbaycan Premyer Liqası 31-ci tur 20 aprel