Premyer Liqada ilk ayrılıq

İngiltərənin "Şeffild Yunayted" klubu baş məşqçisi Pol Hekinqbottomla yollarını ayırıb.

Premyer Liqada ilk ayrılıq
İngiltərənin "Şeffild Yunayted" klubu baş məşqçisi Pol Hekinqbottomla yollarını ayırıb.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, komanda rəhbərliyi məşqçilər korpusunda yer alan Stüart Makkal və Mark Hudsonla da vidalaşıb.

Bu, Premyer Liqada mövsümün ilk ayrılığı olub.

46 yaşlı Hekinqbottom 2021-ci ilin noyabrında "Şeffild Yunayted"in "sükanı arxasına" keçmişdi. Komanda onun rəhbərliyi altında 2022/2023 mövsümündə Çempionşipdən Premyer Liqaya yüksəlib. Qeyd edək ki, "Şeffild Yunayted" XIV turdan sonra Premyer Liqada 5 xalla son pillədə yer alıb.