Premyer Liqada “Zəfər turu” başlayır
Bu gün Azərbaycan Premyer Liqasında 12-ci tura - "Zəfər turu"na start veriləcək.
meqale.com "qafqazinfo"ya istinadən xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Turun açılış matçında "Səbail"lə "Turan Tovuz" üz-üzə gələcəklər. Qarşılaşma "ASCO Arena"da baş tutacaq.
"Qarabağ" - "Kəpəz" və "Sumqayıt" - "Araz-Naxçıvan" oyunları sabah, "Qəbələ" - "Neftçi" və "Sabah"- "Zirə" görüşləri isə bazar günü keçiriləcək.
Azərbaycan Premyer Liqası 12-ci tur 3 noyabr
"Səbail" - "Turan Tovuz" Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Cəmil Quliyev, Rauf Allahverdiyev. "ASCO Arena", 19:00.