Prezident Azər Xəlilovu təltif etdi
Azərbaycan Prezidenti İlham Əliyev Azər Nəriman oğlu Xəlilovu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edib.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, dövlət başçısı bu barədə sərəncam imzalayıb.
A.Xəlilov Azərbaycanda media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
meqale.com