Prezidentin nəvəsindən Qara Qarayevə dəstək - FOTO
Prezident İlham Əliyevin nəvəsi Mikayıl Ağalarov "Neftçi"nin futbolçusu Qara Qarayevə dəstək olub.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, o, öz instaqram hesabında futbolçunun fotosunu "Huge respect" başlığı ilə paylaşıb.
Qeyd edək ki, Azərbaycan kubokunun yarımfinal mərhələsində baş tutmuş "Neftçi"- "Qarabağ" derbisindən sonra Ağdam təmsilçisinin azarkeşləri Qara Qarayevi təhqir etmişdi.
Bu hadisədən sonra bir çox futbolçular, tanınmışlar Qara Qarayevi paylaşaraq ona dəstək nümayiş etdiriblər.