“Prius”un vurduğu gəncin ayaqları amputasiya edildi

Nərimanov rayonunda avtomobil piyadanı vurub.

“Prius”un vurduğu gəncin ayaqları amputasiya edildi
Nərimanov rayonunda avtomobil piyadanı vurub.

meqale.com APA-ya istinadən xəbər verir ki, Heydər Əliyev prospektində 1991-ci il təvəllüdlü Məmmədov Xəyyam Elbəy oğlunu "Toyota Prius" markalı avtomobil vuraraq eyni istiqamətdə olan eyni markalı maşına sıxışdırıb. Nəticədə piyadanın hər iki ayağı sınıb. O, Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Həkimlərin verdiyi məlumata görə, X.Məmmədovun hər iki ayağı amputasiya edilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.