Prokuror Alimpaşa Məmmədova 13 il həbs istədi

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Prokuror Alimpaşa Məmmədova 13 il həbs istədi
Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsndə keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror A.Məmmədovun vəzifə səlahiyyətlərindən istifadə etməkdə, xüsusilə külli miqdarda mənimsəmədə, rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda təqsirli bilərək 13 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Eks-icra başçısı təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Vəkillərə müdafiə çıxışına hazırlaşmaq üçün vaxt verilib.