Prokurorluğa qəbul edilən gənc əməkdaşlar andiçmə mərasimində

Cari il yanvarın 13-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.

Prokurorluğa qəbul edilən gənc əməkdaşlar andiçmə mərasimində
Cari il yanvarın 13-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.

meqale.com xəbər verir ki, Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşlar ilk növbədə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Şəhidlər xiyabanına gələn gənc mütəxəssislər ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.

Tədbirdən öncə Baş Prokurorluğun rəhbərliyi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoymuş, unudulmaz xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, qazilərə şəfa dilənmişdir.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, cari il Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xüsusi məna kəsb edir. Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilməsi müstəqil dövlətçilik tariximizin əsas sütunlarına verilən ali dəyərin bariz ifadəsidir. 

K.Əliyev qeyd edib ki, bu il ərzində dövlətimizin xarici siyasət sahəsində əldə etdiyi mühüm nailiyyətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərinin daha da möhkəmlənməsini təmin edib:

"Prezident cənab İlham Əliyevin məqsədyönlü və praqmatik diplomatik fəaliyyəti nəticəsində Azərbaycan bu gün etibarlı, təşəbbüskar və nüfuzlu tərəfdaş kimi tanınır".