PSJ Çempionlar Liqasında rekord sayda gəlir əldə edib

UEFA Çempionlar Liqasının finalında "İnter"ə (İtaliya) qalib gələn PSJ (Fransa) rekord sayda pul mükafatı əldə edib.

PSJ Çempionlar Liqasında rekord sayda gəlir əldə edib
UEFA Çempionlar Liqasının finalında "İnter"ə (İtaliya) qalib gələn PSJ (Fransa) rekord sayda pul mükafatı əldə edib.

meqale.com "Football Meets Data" nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin qalibi olduğuna görə 10,5 milyon, finalda qələbə qazandığı üçün 6,5 milyon, UEFA Superkubokuna vəsiqə əldə etdiyi üçün isə büdcəsinə 4 milyon avro yazdırıb.

Paris klubunun mövsüm ərzində ümumi qazancı 148,4 milyon avro olub. Bu isə UEFA-nın pul mükafatları tarixində rekord göstəricidir.