PSJ-nin baş məşqçisi qəza keçirdi - Əməliyyat olunacaq

PSJ klubunun baş məşqçisi Luis Enrike velosiped qəzası nəticəsində xəsarət alıb.

PSJ-nin baş məşqçisi qəza keçirdi - Əməliyyat olunacaq
PSJ klubunun baş məşqçisi Luis Enrike velosiped qəzası nəticəsində xəsarət alıb.

meqale.com xəbər verir ki, klubun məlumatına görə, 54 yaşlı ispaniyalı mütəxəssisin körpücük sümüyü sınıb və o, yaxın günlərdə əməliyyat olunacaq.

Qəza cümə günü baş verib. Enrike dərhal təcili yardım xidmətinə çatdırılıb. PSJ hələlik onun bərpa müddəti ilə bağlı dəqiq açıqlama verməyib.

Qeyd edək ki, Luis Enrike 2023-cü ildən Paris klubuna rəhbərlik edir və ötən mövsüm komandanı tarixində ilk dəfə Çempionlar Liqasının qalibi edib. O, həmçinin velosipedçi kimi tanınır və tez-tez Paris ətrafında məşq edir.