PSJ rusiyalı qapıçı transfer etdi
PSJ "Krasnodar"ın qapıçısı Matvey Safonovu transfer edib.
meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, rusiyalı qolkiperlə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb.
Təxmini transfer məbləği bonuslar daxil olmaqla 20 milyon avrodur.
Qeyd edək ki, ötən mövsüm Safonov bütün turnirlərdə 30 matçda iştirak edib, 11 oyunda qapısını toxunulmaz saxlayıb.