Putin buna görə Kiyevi işğal etmədi - Lukaşenko

Böyük mülki itkilərin olmasını istəmədiyi üçün Putin Kiyevi almaqdan imtina etdi.

Putin buna görə Kiyevi işğal etmədi - Lukaşenko
Böyük mülki itkilərin olmasını istəmədiyi üçün Putin Kiyevi almaqdan imtina etdi.

meqale.com axar.az-a istinadən bildirir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko ukraynalı jurnalist Diana Pançenkoya müsahibəsində deyib.

"Bilirsiniz ki, bir-iki ay Rusiya qoşunları Kiyevin kənarındakı Qostomeldə yerləşdirilmişdi. Mənim bununla bağlı Putinlə söhbətim oldu. Dedim ki, müharibə müharibədir, ancaq müharibənin sonlanması üçün paytaxt alınmalıdır. O isə mənə dedi ki, bilirsən, bunu dərhal etmək olar. Amma çox sayda insan öləcək", - Lukaşenko bildirib.