Putin Modiyə başsağlığı verdi

Rusiya Prezidenti Vladimir Putin Hindistanın Prezidenti və Baş naziri - Draupadi Murmu və Narendra Modiyə Kerala ştatında baş verən təbii fəlakətdən dolayı başsağlığı teleqramı göndərib.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin saytında məlumat yayılıb.

"Keralada sürüşmənin faciəvi nəticələri ilə bağlı ən səmimi başsağlığımızı qəbul edin",- teleqramda deyilir.

Qeyd edək ki, sürüşmə nəticəsində ölənlərin sayı 163-ə çatıb. Təxminən 200 nəfər yaralanıb, yüzə yaxın insan isə itkin düşüb.