Putin Qəzzada baş verənlərə üzülməyənləri belə adlandırdı
"Qəzzada baş verənlərə üzülməyənlər daş qəlblidir".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin bildirib.
O, Qəzzadakı hadisələrin dəhşətli olduğunu qeyd edib:
"Qəzzadakı uşaqlara qan içində baxanda gözləriniz yaşla dolur. İstənilən normal insan buna belə reaksiya verər. Əgər kimsə belə reaksiya vermirsə, onun ürəyi yoxdur", - deyə Putin bildirib.