Putin qorxdu: “hazıram” bəyanatının səbəbi... - VİDEO

Milad bayramına qədər ABŞ Konqresi Ukraynaya 60 milyard dollardan çox dəyərində yeni yardım paketi barədə razılığa gələcək və bu, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının öz məqaləsində yazdığı cəbhədəki "dalanı" hərəkətə gətirəcək.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu fikirləri "Fabrika Novostey" Yutub kanalında politoloq Andrey Piontkovski səsləndirib.

O bildirib ki, Kreml ABŞ silahlarının Ukraynaya yeni tədarükündən qorxur, Putinin Kiyevlə danışıqlara hazır olması ilə bağlı son bəyanatları da məhz bununla bağlıdır:

"Qarşıdan gələn yeni silah tədarükü ilə yanaşı, Qərb Ukraynaya misli görünməmiş diplomatik dəstək də nümayiş etdirir. Bunu Qərbin yüksək rütbəli rəsmilərinin Kiyevə səfərləri sübut edir. Söhbət ABŞ-ın yüksək səviyyəli liderləri tərəfindən Ukraynaya fərqli siyasi dəstək səviyyəsindən gedir: Ostinin Ukraynaya səfəri, həmçinin Böyük Britaniyanın yeni xarici işlər naziri Kemeronun öz İcmalar Palatasında görüşdən əvvəl Ukraynaya gəlməsi təsadüf deyil".

O, Ukrayna Silahlı Qüvvələrinin baş komandanının məqaləsi üzərində də ətraflı dayanıb: