Putindən NÜVƏ SİLAHININ istifadəsi ilə bağlı anons

"Rusiyanın strateji nüvə qüvvələri tam hazırlıq vəziyyətindədir".

Putindən NÜVƏ SİLAHININ istifadəsi ilə bağlı anons
"Rusiyanın strateji nüvə qüvvələri tam hazırlıq vəziyyətindədir".

meqale.com oxuya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində deyib.

O, Rusiya Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin dəfələrlə artdığını bildirib.

"Kinjal" (hipersəs aviasiya raket kompleksi) nəinki arsenalımızdadır, hətta artıq istifadəyə də verilib. "Tsirkon" (Rusiyanın hipersəs gəmi əleyhinə raketi - red.) da artıq istifadə olunur", - deyə o vurğulayıb.

Putin ABŞ-nin ciddi şəkildə strateji sabitlik məsələlərini müzakirə etməyə və eyni zamanda, Rusiyaya strateji məğlubiyyətin verilməsinin zəruriliyindən danışmağa hazırlaşdığını bildirib, bunu riyakarlıq adlandırıb.

Prezident, həmçinin, Rusiyanın kosmosa nüvə silahları yerləşdirməsi ilə bağlı deyilənləri yalan adlandırıb.

Bununla belə, o, Rusiyada yeni silahlar üzərində işlərin davam etdirildiyini və tezliklə onlar haqqında məlumat veriləcəyini vurğulayıb.

"Burevestnik" qanadlı raketinin və "Poseydon" sisteminin sınaqları tamamlanmaq üzrədir, onların unikal xüsusiyyətləri təsdiqlənib", - deyə prezident qeyd edib.